Slimfit
  1. İDMAN

Emeri: İkinci qoldan sonra işimiz çətinləşdi

Emeri: İkinci qoldan sonra işimiz çətinləşdi
Sakura

Emeri: İkinci qoldan sonra işimiz çətinləşdi

Bakıda keçirilən UEFA Avropa Liqasının final matçı olan “Çelsi” – “Arsenal” görüşündən sonra mətbuat konfransı keçirilib.

Oxu.Az xəbər verir ki, “Arsenal”ın baş məşqçisi Unai Emeri 1:4 hesabı ilə uduzduqları görüş barədə aşağıdakı fikirləri bildirib:

“Çətin oyun olacağını bilirdik. Premyer Liqada hədəfimizə çatmağa daha yaxın idik. Amma 1-2 xal dala qaldıq. İkinci imkanımız bu idi, amma alınmadı. “Çelsi” bizdən daha yaxşı oynadı. Çex ilk hissədə yaxşı “seyv” etdi. İkinci hissədə isə rəqib məqamlardan yaxşı yararlandı. Birinci qol çox önəmli idi. Bundan sonra biz səhv etdik və rəqib də bundan yararlandı. İkinci qoldan sonra isə işimiz daha da çətinləşdi”. 

Onların çox yaxşı oyunçuları var. Bizim isə heyətimiz daha gəncdir. Hələ ki, dəyişiklik prosesi yaşayırıq. Bu il hədəfə çata bilmədik, amma hesab edirəm ki, hədəfə yaxınıq. Bir az da artırıb istədiyimizə nail ola biləcəyik. Məyusuq, amma ümumiyyətlə, hesab edirəm ki, biz daha yaxşı komanda yarada bilmişik.

“Arsenal” böyük klubdur və bir çox oyunçu bizimlə olmaq istəyir. Biz güclü olmalıyıq, ideyalarımıza sadiq qalmalıyıq. Düşünürəm ki, növbəti ildə işimizi davam etdirə biləcəyik. Klub lazım olan bütün işləri görür. Biz də çalışacağıq ki, öz yanaşmamızı təqdim edək. Gənc oyunçularımızın bəziləri ilk dəfə finalda oynayırdı. Onlar üçün də yaxşı təcrübə oldu.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR