Dərc edildi: Baxış sayı: 95
Əməkhaqqı ödənişi Milli Məclisin 2025-ci il üçün xərclərinin 76 faizini təşkil edəcək
Gələn il əməkhaqqı xərcləri Milli Məclisin smetasının 76,2 faizini təşkil edəcək.
Ens.az Report.az-a istinadən xəbər verir ki,ümumi xərclərin (51 milyon 851 min 447 manat) 39 milyon 522 min 922 manatı deputatların və Milli Məclis aparatının əməkdaşlarının əməkhaqqısı üçün nəzərdə tutulub.
Gələn ilin xərclər smetasına ev kirayələyən deputatlar üçün 26 min 400 manat, sosial ödənişlər üçün 300 min manat xərc planlaşdırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət