Əmək yarmarkasına 668 iş yeri çıxarılıb
NUHÇIXAN xəbər verir ki, işaxtaran vətəndaşların müvafiq iş yerləri ilə təmin olunması məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində növbəti əmək yarmarkası təşkil edilib.
Tədbirdə çıxış edən Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin direktoru Əli Məmmədov qeyd edib ki, Naxçıvan şəhərində son illərdə xeyli iş yerləri yaradılıb. Muxtar respublikada mütəmadi olaraq təşkil edilən bu cür əmək yarmarkaları qarşıya qoyulmuş vəzifələrin icrası yönündə həyata keçirilən tədbirlərin davamıdır.
Daha sonra işaxtaran vətəndaşlar təklif olunan işlərlə tanış olublar. Yarmarkada 44 nəfərə işə göndəriş verilib.
Məlumat üçün bildirək ki, əmək yarmarkasına 70 müəssisədən 668 iş yeri təqdim olunub. İş təklif edən müəssisələrdən 15-i özəl, 55-i isə dövlət müəssisəsi olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət