Slimfit
  1. İQTİSADİYYAT

Əmək pensiyaları ilə bağlı hansı dəyişikliklər olacaq? 

Əmək pensiyaları ilə bağlı hansı dəyişikliklər olacaq? 
Sakura

Əmək pensiyaları ilə bağlı hansı dəyişikliklər olacaq? 

Sosial sferada növbəti qanuna edilən dəyişikliyin pensiyalarla bağlı olacağı gözlənilir. Belə ki, əmək pensiyaları ilə bağlı qanunvericilikdə müəyyən dəyişiklərin edilməsi nəzərdə tutulur. Dəyişiklik qəbul edilərsə, bu bir yox, bir neçə istiqamətdən ibarət olacaq.

Dəyişikliklərdən biri işləyən və eyni zamanda pensiya alan şəxslərlə bağlı olacaq. Belə ki, belə şəxslər pensiya alsalar da, paralel olaraq işlədikləri üçün əlavə vəsait toplanırdı. Məhz yeni nəzərdə tutulan dəyişikliyə görə bu vəsait yeni pensiya kapitalı formalaşdıraraq, vətəndaşın aldığı pensiyaya əlavə ediləcəkdir. Bu zaman vətəndaşdan heç bir sənəd tələb edilməyəcəkdir. Yeni artım əlavə edildikdən sonra isə vətəndaş avtomatik məlumatlandırılacaqdır.

Nəzərdə tutulan ikinci bir dəyişiklik isə yaşa və əlilliyə görə olan iki pensiya növünə yeni baxışın müəyyən edilməsindədir. Belə ki, hazırda yaşa görə pensiya alan vətəndaş əlillik pensiyaya keçid edə bilmir. Bunu qanun qadağan edir. Amma yeni dəyişikliyə görə bu qadağa aradan qaldırılacaq.

Daha bir təklif edilən dəyişiklik isə ailə başçısını itirməyə görə pensiya alan ailələrlə bağlıdır. Belə ki, hazırda ailə başçısını itirməyə görə pensiya ailə üzvləri arasında bölüşdürülür. Amma bu ailənin bir üzvü bu və ya digər səbəbdən hansısa bir növ üzrə yeni pensiya almalı olarsa, bu zaman ona verilən pay kəsilir. Yəni, ailə başçısını itirməyə görə 5 nəfərlik ailə üzvünün hər birinə 20% pay düşürsə, onlardan biri başqa pensiya alacagı təqdirdə, ona düşən 20% kəsilir. Növbəti aylardan ailə pulun 80%-ni almış olur. Amma bu yeni dəyişiklərə görə bu payın da itirlməməsi təklif edilir. Ailənin bir üzvündən kəsilən bu 20%-lik pay, ailənin digər 4 üzvü arasında bölüşdürülərək, 25%-li pay yaradacaqdır. Bu isə o deməkdir ki, ailədə yaranan yeni pensiya növünə görə bu ailə əvvəlcə aldıqları “ailə başçısını itirməyə görə pensiya”dan heç bir hissə itirməyəcək.

Eldəniz ƏMİROV

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşı, iqtisadçı ekspert

 

Mənbə: Modern.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR