Slimfit
  1. CƏMİYYƏT

Əmək kitabçası LƏĞV OLUNACAQ - RƏSMİ AÇIQLAMA

Əmək kitabçası LƏĞV OLUNACAQ - RƏSMİ AÇIQLAMA
Sakura

Əmək kitabçası LƏĞV OLUNACAQ - RƏSMİ AÇIQLAMA

Ens.Az-ın məlumatına əsasən,sosial şəbəkələrdə bəzi hüquqşünaslar və vətəndaş cəmiyyətinin üzvləri tərəfindən əmək kitabçasının ləğv olunması ilə bağlı fikirlər səsləndirilməkdədir.

Bir neçə gün əvvəl mətbuata açıqlama verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov bu sənədin ləğv olunmasının və əmək kitabçalarının dövriyyədən çıxarılmasının vaxtının çatdığını bildirib. 

Fikrini də belə əsaslandırıb ki, indi bütün əsas təyinatlar - pensiya, müavinətlər və s. sığorta stajı ilə həyata keçirilir:

“Əmək kitabçaları bütün funksiyalarını itirib. Hazırda əmək kitabçalarının yeganə rolu əmək stajını göstərməkdir. 2006-cı ildən başlayaraq hər kəs üçün fərdi sosial sığorta hesabları mövcuddur və bir daha demək istəyirəm ki, əmək pensiyasının bütün növləri, müavinətlər və digərləri təyin olunarkən hər bir şəxsin həmin hesabda toplanan vəsaitinə uyğun hesablanır. Ona görə də Azərbaycanda əmək kitabçalarının dövriyyədən çıxarılmasını ləngidən ciddi bir əsas yoxdur”.

Doğrudan da əmək kitabçalarına ehtiyac qalmayıb?

Bizim.Media-nın suallarını cavablandıran Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin direktoru Mais Musayev əmək kitabçaları ilə bağlı bəzi mühüm məqamları diqqətə çatdırıb.

O, son illərdə “Rəqəmsal məşğulluq” şüarı ilə məşğulluq xidmətlərinin, ümumilikdə məşğulluq sahəsində idarəçiliyin elektronlaşdırılması üçün bir sıra layihələr icra olunduğunu bildirib:

“Əmək və məşğulluq” altsisteminin (ƏMAS) istifadəyə verilməsi ilə Azərbaycanda əmək və məşğulluq sahəsində islahatların yeni və mühüm bir mərhələsinə keçildi. Bu sistem əmək münasibətlərinin tənzimlənməsi və məşğulluğun təmin edilməsi proseslərində işəgötürənlər və işçilərin, işsiz və işaxtaranların vahid elektron platformada cəmləşməsini, eləcə də insan resursları ilə işin təşkilini təmin edir. Eyni zamanda, bu sahədə şəffaflığın təmin edilməsinə zəmin yaradan elektron platformadır. “Əmək və məşğulluq” altsisteminin tətbiqi ilə kağız üzərində kadr inzibatçılığının elektron müstəviyə keçirilməsi və ümumilikdə əmək bazarının rəqəmsallaşdırılması təmin edilir”. 

Müsahibimiz, əmək kitabçalarının dövriyyədən çıxarılması prosesinin mərhələli şəkildə həyata keçirilməli olduğunu vurğulayıb:

“Bu proses ƏMAS üzərindən tədricən aparılacaq. İlk növbədə isə Əmək Məcəlləsində rəqəmsallaşma ilə bağlı qanunvericiliyə dəyişiklər edilməlidir. Mövzu ilə bağlı müvafiq təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib”.

Departament direktoru, ləğv olunma prosesinin vaxtını və qaydalarını da açıqlayıb:

“İlk mərhələ kimi, 2014-cü ilin iyunun 1-dən sonra əmək fəaliyyəti olan şəxslərin əmək kitabçalarının ləğvi nəzərdə tutulub. Çünki həmin şəxslərin əmək tarixçəsi artıq ƏMAS-da mövcuddur və zamanla əmək kitabçalarının dövriyyədən çıxarılması baş tutacaq. Bu tarixdən əvvəl əmək fəaliyyətinə başlayan şəxslərin isə stajını müəyyənləşdirmək yenə də əmək kitabçaları üzərindən aparılacaq”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR