Dərc edildi: Baxış sayı: 370
ƏMDK-nın qurumlarından biri ləğv olunub
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliyində olan keçmiş “Azərsutikinti” konserninin Fəhlə Təchizatı Birliyi ləğv olunduğunu elan edib.
“Report” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxışında məlumat verilib.
Məlumatda həmçinin deyilir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Zahid Xəlil küçəsi, 11 a ünvanına bildirə bilərlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət