Slimfit
  1. İQTİSADİYYAT

Əmanətlərin Sığortalanması Fondu ilə bağlı YENİLİK

Əmanətlərin Sığortalanması Fondu ilə bağlı YENİLİK
Sakura

Əmanətlərin Sığortalanması Fondu ilə bağlı YENİLİK

Əmanətlərin Sığortalanması Fondunun illik hesabatı və audit rəyinin təqdim ediləcəyi subyekt dəyişdirilir.

Ens.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bununla bağlı “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklik təklif edilir.

Qanunun 19.5-ci maddəsinə əsasən, Fond illik hesabatını və audit rəyini Azərbaycan Prezidentinə, maliyyə bazarlarına nəzarət edən orqana və Himayəçilik Şurasında təmsil olunan təşkilatlara təqdim edir.

 

Həmin maddəyə təklif edilən dəyişikliyə əsasən, Fond illik hesabatını və audit rəyini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma, maliyyə bazarlarına nəzarət edən struktura və Himayəçilik Şurasında təmsil olunan təşkilatlara təqdim etməlidir.

Qeyd edək ki, qanuna görə Fondun hesabat ili yanvarın 1-dən dekabrın 31-i tarixinədək olan dövrü əhatə edir.

Fondun illik hesabatı növbəti ilin mart ayının 1-dək tərtib edilir və bir ay müddətində Himayəçilik Şurası tərəfindən baxılır və təsdiq olunur.

Qanun layihəsi Milli Məclisin mayın 19-da keçiriləcək iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR