Slimfit
  1. ƏDƏBİYYAT

Elvin Qurbanlı - Ən dəyərli Diplom

Elvin Qurbanlı - Ən dəyərli Diplom
Sakura

Elvin Qurbanlı - Ən dəyərli Diplom

     Xanım dur çıx görüşünə

  Qapına bir qərib gəlib.

   Səngərin gülü bitmədi,

Gülləsini dərib gəlib.

T.Həsənli

İnsan doğulur və böyüyür.Amma o doğulmamışdan öncə onun haqqında arzular və xəyallar doğulur,valideynlərinin qəlbində.

Hələ Natiq dünyaya göz açmamışdan öncə Bəhmən baba və Fatma nənənin qəlbində bu arzular tüğyan edirdi.                                  tarixində Natiq o xırda gözlərini ədalətsiz dünyaya açdı.Atası Bəhmən kişi təsərrüfatından qurbanlar kəsdi onun şərəfinə.Çox uşaq yaşda atasını itirən Natiq üzləşdiyi çətinliklərə baxmayaraq məktəbdə öz yaldaşları arasında fitri istedadı ilə seçilirdi.Orta məktəbi əla qiymətlərlə bitirib,1988-ci ildə Sumqayıt Dövlət Univesitetinə o dövrki (Azərbaycan Sənaye İnstitutu) qəbul olur.O,universiteti qiyabi şəkildə oxusada imtahanlarda digər tələbələrdən yüksək qiymətlər alırdı.Əsrin sonlarında ölkədə baş verən hadisələr biganə qalmayan Natiq 1991-1992-ci illərdə Kəlbəcərin bir sıra kəndləri və Ağdərə uğrunda bir neçə əməliyyatda fəal iştirak etmişdir.Nəhayət 1992-ci ilin aprel ayında düşmənin sayca üstün qüvvələri ilə Kəlbəcər rayonunun Ağdaban kəndi uğrunda gedən şiddətli döyüşlərdə fəal iştrak etmiş və qəhrəmancasına şəhid olmuşdur.

Onun həyatı haqqında kitab yazılsa yenədə azdır,Amma qısacası onu deyə bilərəmki Natiq səkkiz uşaqlı ailənin beşinci uşağı olsada özündən böyük qardaşları belə hər zaman bir iş görməzdən əvvəl onunla məsləhətləşər,əgər bu iş onun ağlına yatmazsa onlarda bu işdən əl çəkərdilər.Bu gün ondan qalan bir neçə şəkil,qol saatı və tələbə biletidir.Fatma xalanın gözləri üstündən 28 il keçməsinə baxmayaraq hələdə yaşlıdır.Hər il aprel ayının 9-da onun ürəyinə sanki yeni bir yara açılır.O, bir çox şəhid anaları kimi bu gün öz oğlunun məzarını ziyarət edə bilmir.Ona görəki Natiqin doğulduğu torpaq kimi,dəfn olunduğu torpaqda düşmən işğalındadır.Hal hazırda şəhid ailələrinə dövlət qayğısı danılmaz bir faktdır.Dövlət başçısının rəhbərliyi altında onlara yaşayış evləri verilir,aylıq və birdəfəlik müavinətlər ödənilir.Lakin məsələnin əmması var,şəxsən mənim tanıdığım bir neçə nəfər varki onlar müharibədən 3-4 il əvvəl ölüb amma bugün şəhid statusu daşıyirlar,eləcədə müharibəyə heçbir aidiyyatı olmayan Milli Qəhrəmanlarımız var.

Mənə elə gəlir ki, bu döyüşərək Şəhid olanlar,Qəhrəmanlıq göstərərək Qəhrəman olanların ruhuna və hər zaman dilimizdən düşürmədiyimiz şanlı tariximizə hörmətsizlikdən başqa bir şey deyil.Diplomunu almağa cəmi iki ay qalmış bir gənc özünün və ailəsinin firavan həyatını geridə qoyub döyüşə gedir.O, döyüşki, alan-alıb,satan-satmışdı,Sadəcə bir elin igid oğlanlarını bilə-bilə ölümə göndərirdilər.Bu qanın,bu cinayətin səbəbkarları bugündə azadlıqda rahat yaşayırlar.

Lakin Natiq ilə onlar arasında dağlardan böyük fərq var. Bu gün xalq onlara Xain deyir,Natiqə isə Şəhid deyir...

DİFAİ

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR