Slimfit
  1. MEDİA

Elşən İsmayıl: ömrümün sonuna qədər Türklüyə, Türkçülüyə xidmət edəcəyəm!

Elşən İsmayıl: ömrümün sonuna qədər Türklüyə, Türkçülüyə xidmət edəcəyəm!
Sakura

Elşən İsmayıl: ömrümün sonuna qədər Türklüyə, Türkçülüyə xidmət edəcəyəm!

Ens.az saytı yazar, ssenarist, aktyor, rejissor və müəllim, milli vətənpərvərlik və türkçülük ideyası əsasında hazırlanan filmlərin müəllifi Elşən İsmayılın müsahibəsini təqdim edir:

Özünüz barədə qısa məlumat verərdiniz?

-  Mən Elşən İsmayıl Xankərəmoğlu 1991-ci il Yanvarın 9-u Azərbaycan Respublikası Şirvan şəhərində anadan olmuşam. İlk təhsilimi bu şəhərdə almışam. Hərbi xidmətimi 2009-2010-cu illərdə Naxçıvan MR. Naxçıvan şəhərində başa vurduqdan sonra 2012-15-ci illərdə Bakı şəhərində Bakı Kompüter Kollecində “informatika müəllimi” ixtisası üzrə təhsilimi davam etdirmişəm. 2018-ci ildən müəllimlik fəaliyyətinə başlamışam. Hal-hazırda Lerik rayonunda müəllim işləyirəm. 

Bundan əlavə 2003-cü ildən bəri müxtəlif mövzularda (əsasən milli) şeirlər, hekayələr, pyeslər, dram əsərləri yazıram. Şeirlərim bəzi qəzet və jurnallarda, hekayələrim və müasir dünya, milli ideologiya haqqındakı məqalələrim, insan psixologiyasından və hislərindən bəhs edən esselərim, eləcə də müxtəlif mövzularda mətbuata verdiyim müsahibələrim bir çox tanınmış veb saytlarda dərc olunmuşdur və hal-hazırda da davam edir.

2007-ci ildən bəri eyni zamanda müstəqil ssenarist, rejissor və aktyor kimi film və serial sahəsində fəaliyyət göstərməkdəyəm. Tv-də yayımlanan bir serialda aktyor, digərində ssenari müəllifi olmuşam. Hazırda milli və dünyəvi mövzuda bir neçə layihənin hazırlığını görməkdəyəm...

Həmçinin müstəqil rejissor kimi fəaliyyətimə əsaslanan müstəqil teatr kollektivi və gənc istedadlardan ibarət incəsənət komandam var. Qrupumla birlikdə tez-tez milli-mənəvi mövzulu, sosial və ibrətamiz səhnəciklər, tamaşalar hazırlayıram.

2015-ci ildən bu yana milli-ideoloji xəttə xidmət edən 9 film çəkmişəm. Hal hazırda onuncu üzərində işləyirəm. 

Sosial şəbəkələr bir sıra hallarda televiziyaları da üstələyir, yeni fenomenlərin meydana çıxmasına şərait yaradır. Onun imkanlarından siz də istifadə edirsiniz. Bununla bağlı nə deyərdiniz?

- Məncə hər kəs kimi dövrümüzün ziyalısı da zamanın tələbinə uyğun, müasir imkanlardan istifadə edərək fəaliyyət göstərməlidir. Mən də izləyicilərim və oxucularım ilə yaradıcılığımı paylaşmaqdan qürur duyuram və sosial medianın bütün imkanlarından sevə-sevə istifadə edirəm. Sosial media günümüzün ən real və orijinal təbliğat vasitəsidir.

Hazırladığınız və yaydığınız Youtube süjetlərinə, müxtəlif məzmunlu film, roliklərə baxdıqda orada ana xəttin vətənpərvərlik, tariximizə bağlılıq olduğu dərhal nəzərə çarpır. Bu ideyaları sizin üçün doğma edən nədir?

- Yeniyetmə çağlarımdan bu yana tarixə, ədəbiyyata böyük marağım olub. Zamanla bu maraq məndə sənət eşqinə çevrildi. Sənətim isə vətənimə olan bağlılığımı, sevgimi, bütün milli hisslərimi büruzə verməyimə yardımçı oldu. Vətənimə olan sevgimin isə tarixi bəlli deyil, görünür mən belə doğulmuşam. 

Milli hisslərin, daha konkret desək, Türkçülük ideyasının sizin üçün başlıca xətt olduğu dərhal sezilir. Türkçü olmaq sizin üçün nədir? 

- Tarixi zəngin, dili şirin, insanları saf, təmizürəkli olan, ruhu yüksək, könlü yanıqlı, möhtəşəm mədəniyyəti və dünya sivilizasiyasının beşiyi olan bir millətin fərdi olmaq əlbəttə ki, fəxrdir mənim üçün! Bu elə bir böyük xoşbəxtlikdir ki, sırf onu yaşaya bilmək üçün ömrümün sonuna qədər Türklüyə, Türkçülüyə xidmət edəcəyəm! Bu uğurda ölməyi gözə almağı həmçinin... 

Hazırladığınız süjetlərə olan maraq sizi qane edirmi. Etmirsə, səbəbi nədə görürsünüz? 

- Edir! Çünki mən yaradıcılığımla hədəf aldığım kütləni özüm seçirəm. Təvazökarlıqdan uzaq səslənsə də, bu məhz belədir. Dahi Azərbaycan şairi və milli məfkurəmizin fədaisi Hüseyn Cavid əfəndi demiş, mən boşlar üçün yazmıram, başlar üçün yazıram!

Daha hansı planlarınız var? Hansı ideyaları gerçəkləşdirmək üzərində düşünürsünüz?

- Milli-ideoloji və digər mövzularda ədəbi əsərlərimi, film layihələrimi davam etdirmək və yaxın gələcəkdə ideoloji, tarixi, siyasi filmlərin tam peşəkarlıqla və keyfiyyətli istehsalına başlamaq, eləcə də eyni xətt üzrə bədii romanların müəllifi olmaq mənim planlarıma daxildir. Azərbaycan ədəbiyyatında və kinosunda öz xüsusi dəsti-xətti olan bir sənətkara çevrilmək isə mənim ən böyük məqsədim və arzumdur!

Filmlər:

“BOZQURDUN İNTİQAMI” 

“DİRİLİŞ ERGENEKON” 

“VƏTƏN BAYRAQDIR, BAYRAQ NAMUSDUR!”

“TARİX DƏRSİ” 

“MÜBARİZLƏR” 

TUĞ”

“MÜBARİZLƏR 2” 

“ANA LAYLASI” 

“TARİX DƏRSİ 2” 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR