Dərc edildi: Baxış sayı: 292
Elşad Nuriyev vəzifəsindən azad edildi
İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev vəzifəsindən azad edilib.
Ens.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə Seymur Elmir oğlu Adıgözəlov İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri təyin olunub.
Qeyd edək ki, Seymur Adıgözəlov bu təyinatadək İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdı. O, həm də Bakı Gəmiqayırma Zavodunun direktorudur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət