Dərc edildi: Baxış sayı: 204
Elşad Musayevin prezidentliyə namizədliyi irəli sürülüb
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin prezidentliyə namizədliyi irəli sürülüb.
Ens.az-ın məlumatına əsasən,Elşad Musayev APA-ya açıqlamasında bildirib ki, bu barədə qərar Böyük Azərbaycan Partiyası Siyasi Şurasının iclasında qəbul edilib.
Prezidentliyə namizədliyin irəli sürülməsi ilə bağlı sənədlər dekabrın 19-da Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək.
Qeyd edək ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət