Elmlə məşğul olan Azərbaycan qadınlarının sayı artıb
Son 18 ildə Azərbaycanda elmi tədqiqatla məşğul olan qadınların sayı artıb.
Trend-in məlumatına görə, 2000-ci ildə ölkədə 3 572 qadın elmi tədqiqat və işləmələrlə məşğul olub. 2010-cu ildə bu say 5 096-a, 2018-ci ildə 5 117 nəfərə çatıb.
2010-cu ildə tədqiqat və işləmələrlə məşğul olanların 2 312-i, 2018-ci ildə isə 3 459-u sırf tədqiqatçı, qalan şəxslər isə texniklər, köməkçi heyət və s. olub.
Tədqiqatçı qadınların çoxu - 2 037 nəfəri elmin təbiət sahəsi üzrə araşdırmalar aparır. Qadınların elmdə təbiət istiqamətindən sonra daha çox araşdırma apardıqları sahə humanitardır.
2010-cu ildə elmi tədqiqat və işləmələrlə mşğul olan qadınların 63-ünün, 2018-ci ildə 149-nun elmlər doktoru, 2010-cu ildə 805-inin, 2018-ci ildə 1 040-ının fəlsəfə doktoru elmi dərəcəsi olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət