Elmi seminarda torpaqların elektron xəritələşməsinə dair məruzə edilib
AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun növbəti Elmi seminarında akademik Qərib Məmmədov “Azərbaycan Respublikası torpaqlarının elektron xəritəsi və torpaqların ekoloji qiymət xəritələrinin tətbiqinə dair” mövzusunda məruzə ilə çıxış edib.
Xeberler.az bildirir ki, Akademik coğrafi informasiya sistemləri, Azərbaycan ərazisinin rəqəmsal yüksəklik modeli, aero və kosmik materiallar əsasında elektron torpaq xəritəsi tərtibinin əsas xüsusiyyətləri haqqında geniş məlumat verib. Aero və kosmik materiallar əsasında torpaq xəritəsinin tərtib prinsipləri, o cümlədən interaktiv torpaq xəritələrinin və torpaqların CİS əsasında ekoloji qiymətləndirilməsi xəritəsinin hazırlanması məsələlərinə aydınlıq gətirən məruzəçi ilkin hazırlanmış interaktiv elektron torpaq və ekoloji qiymət xəritələrini nümayiş etdirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət