Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Elmi müəssisələrin akkreditasiyası qaydası dəyişib

Elmi müəssisələrin akkreditasiyası qaydası dəyişib
Sakura

Elmi müəssisələrin akkreditasiyası qaydası dəyişib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elmi

müəssisələrin akkreditasiyası Qaydası”nın təsdiq edilməsi

haqqında” 2017-ci il 14 dekabr tarixli 554 nömrəli Qərarında

dəyişiklik edilməsi və “Elmi müəssisələrin akkreditasiyası

qurumu haqqında Əsasnamə”nin təsdiq .edilməsi barədə”

2017-ci il 14 dekabr tarixli 555 nömrəli

Qərarının ləğv edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin

səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının

Nazirlər Kabineti qərara alır:

1. “Elmi müəssisələrin akkreditasiyası Qaydası”nın təsdiq

edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 14 dekabr tarixli 554 nömrəli Qərarında (Azərbaycan

Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12, maddə 2502)

aşağıdakı dəyişikliklər edilsin:

1.1. adına və mətninə “müəssisələrin” sözündən sonra

“təşkilatların” sözü əlavə edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş “Elmi müəssisələrin

akkreditasiyası Qaydası” üzrə:

1.2.1. 1.2-ci bəndə (hər iki halda), 1.4-cü, 2.1-ci bəndlərə, 2.4-

cü bəndə (hər iki halda), 2.5-ci bəndə, 2.5.2-ci, 2.5.4-cü (hər iki

halda) yarımbəndlərə, 2.9-cu, 2.10-cu bəndlərə, 2.11-ci bəndin

birinci cümləsinə, 2.12-ci bəndə, 2.13-cü bəndin birinci cümləsinə,

2.14-cü bəndə, 3.1-ci bəndin birinci cümləsinə (hər iki halda) və 3.3-

cü bəndə ismin müvafiq hallarında “müəssisə” sözündən sonra ismin

müvafiq hallarında “(təşkilat)” sözü əlavə edilsin;

1.2.2. 1.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“1.3. Elmi müəssisələrin (təşkilatların) akkreditasiyası onların

elmi fəaliyyətlərinin qiymətləndirilməsi əsasında ali attestasiya orqanı

– Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya

Komissiyası (bundan sonra – Komissiya) tərəfindən həyata keçirilir.”;

1.2.3. “Elmi müəssisələrin akkreditasiyası Qaydası”na əlavə

üzrə:

1.2.3.1. adında və mətnində “Elmi Müəssisələrin

Akkreditasiyası” sözləri “Azərbaycan Respublikasının Prezidenti

yanında Ali Attestasiya” sözləri ilə əvəz edilsin;

1.2.3.2. mətninə “elmi müəssisənin” sözlərindən sonra

“(təşkilatın)” sözü əlavə edilsin;

1.2.3.3. “Əsas:” hissəsinə “Komissiyasının” sözündən sonra

“Rəyasət Heyətinin” sözləri əlavə edilsin.

2. “Elmi müəssisələrin akkreditasiyası qurumu haqqında

Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası

Nazirlər Kabinetinin 2017-ci il 14 dekabr tarixli 555 nömrəli Qərarı

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12,

maddə 2503) ləğv edilsin.

 Əli Əsədov

 Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 12 avqust 2020-ci il

№ 290

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR