Elmar Qasımov yeni rəis təyin etdi
Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin olunub.
Metbuat.az bildirir ki, bununla bağlı rektor Elmar Qasımov əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifə Zamirə Ədilovaya həvalə olunub. O, noyabrın 14-dən vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu olan Z.Ədilova ilk əmək fəaliyyətinə “525-ci qəzet”də başlayıb. Daha sonra, uzun müddət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ictimaiyyətlə əlaqələr işinin təşkilinə cavabdeh olub. 2015-ci ildən Nazirliyin İctimaiyyətlə əlaqələr üzrə meneceri vəzifəsində çalışıb və fəaliyyəti dövründə İKT-nin, eləcə də, Mətbuatın inkişafında xidmətlərinə görə dəfələlə “Fəxri Fərman”larla təltif olunub. “İnformasiya Cəmiyyətinin jurnalisti” müsabiqəsinin qalibidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət