Dərc edildi: Baxış sayı: 442
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İrana səfərinin detalları məlum olub
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İrana səfərinin detalları məlum olub.
Femida.az xəbər verir ki, bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib.
Məlumata əsasən, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov 9 martda İrana səfər edəcək.
Nazir Məmmədyarovun İrana səfəri çərçivəsində Şimal-Cənub dəhlizi, Rəşt-Astara dəmiryolu haqda müzakirələr aparılacaq.
Səfərdə iki ölkə əlaqələri, əlaqələrin inkişafı, regional məsələlər haqda danışıqlar olacaq.
Xatırladaq ki, mətbuat konfransı zamanı Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva Elmar Məmmədyarovun mart ayında İrana səfərinin planlaşdırıldığını demişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət