Dərc edildi: Baxış sayı: 542
Elmar Məmmədyarovla Britaniyanın Amerika və Avropa məsələləri üzrə naziri Kristofer Pinçer arasında…
Böyük Britaniyanın Amerika və Avropa məsələləri üzrə naziri, parlamentin üzvü Kristofer Pinçer və Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov arasında telefon danışığı olub.
APA-nın xəbərinə görə, Kristofer Pinçer bu barədə "Twitter" səhifəsində bildirib.
"Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla ticarət və enerji təhlükəsizliyi ilə bağlı əla söhbətimiz oldu. 2020-ci ildə Azərbaycana səfər edəcəyimə ümid edirəm", - deyə britaniyalı nazir bildirib.
Qeyd edək ki, bu, Britaniyada keçirilən ümumi seçkilərdən sonra yenidən eyni posta təyin olunan nazir Pinçerin digər bir XİN başçısı ilə ilk telefon müzakirəsidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət