Slimfit
  1. AZƏRBAYCAN

Elmar Məmmədyarov: "Suriya və Yəməndə münaqişələr beynəlxalq mexanizmlərin yetərsizliyini göstərir"

Elmar Məmmədyarov: "Suriya və Yəməndə münaqişələr beynəlxalq mexanizmlərin yetərsizliyini göstərir"
Sakura

Elmar Məmmədyarov: "Suriya və Yəməndə münaqişələr beynəlxalq mexanizmlərin yetərsizliyini göstərir"

"Coğrafiyamızın bir çox yerində, xüsusən də İraq, Suriya, Yəmən, Liviya, Əfqanıstanda davam edən silahlı münaqişələr və terror hücumları, eləcə də dünyanın müxtəlif yerlərində dözümsüzlük, irqçilik və ksenofobiya kimi yüksələn trendlər beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına yönəlmiş hazırkı beynəlxalq mexanizmlərin yetərsizliyini nümayiş etdirir".

Report” xəbər verir ki, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının XİN rəhbərləri Şurasının 46-cı sessiyasında çıxışı zamanı deyib.

"Yarandığı son beş onillik ərzində İƏT İslam dünyasının tək çoxtərəfli qurumu kimi, dünyada sülh və təhlükəsizliyin qorunması üzrə beynəlxalq ictimaiyyətin strateji tərəfdaşına çevrilib. Bu gün təşkilatımız hələ də üzv ölkələrin birliyi, bütövlüyü və suverenliyini təhdid edən görünməmiş daxili və xarici təhdidlər ilə üzləşir.

Coğrafiyamızın bir çox yerində, xüsusən də İraq, Suriya, Yəmən, Liviya, Əfqanıstanda davam edən silahlı münaqişələr və terror hücumları, eləcə də dünyanın müxtəlif yerlərində dözümsüzlük, irqçilik və ksenofobiya kimi yüksələn trendlər beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına yönəlmiş hazırkı beynəlxalq mexanizmlərin yetərsizliyini nümayiş etdirir. Buna görə də, coğrafiyamızdakı münaqişələrin sülh və qardaşlıq yolu ilə həllinə, terrorizmə qarşı mübarizədə qəti mövqeyə, bütün üzv dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qorunmasına, islamofobiyaya qarşı mübarizəyə yönələn birgə səylərimiz çox vacibdir. Bu baxımdan Azərbaycan İƏT-də təşkilatın ümumi səmərəliliyinin artırılması məqsədini güdən, xüsusilə münaqişələrin həllində vasitəçilik imkanlarının gücləndirilməsi məqsədini güdən islahatlar prosesinə böyük əhəmiyyət verir".

Nazir Azərbaycanın münaqişələrin sülh yolu ilə həlli istiqamətində üzv dövlətlərlə işləməyə davam edəcəyini bildirib:

"Azərbaycan Respublikası Təşkilatın kollektiv yanaşması və birgə strategiyasına sadiq qalaraq, üzvü olduğu müxtəlif İƏT Təmas Qrupları, o cümlədən Fələstin, Cammu və Kəşmir, Somali və Avropada müsəlman azlıqları, vasitəsilə münaqişələrin sülh yolu ilə həlli istiqamətində üzv dövlətlərlə işləməyə davam edəcəkdir. Bu baxımdan biz bütün üzv dövlətləri kollektiv yanaşma və İslam həmrəyliyi prinsiplərinin həyata keçirilməsində səylərini əsirgəməməyə çağırırıq".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR