Slimfit
  1. AZƏRBAYCAN

Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın prezidenti ilə görüşüb

Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın prezidenti ilə görüşüb
Sakura

Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın prezidenti ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barronu qəbul edib.

Nazirlikdən ONA-ya verilən məlumata görə, Q.Kuevas Barron Azərbaycana növbəti səfəri zamanı “Formula 1 Azərbaycan Qran Pri 2019” çərçivəsində keçirilmiş tədbirlərdə iştirak etdiyini bildirərək, bu mühüm dünya miqyaslı idman yarışının yüksək peşəkarlıq səviyyədə təşkil edilməsinin şahidi olduğunu söyləyib. Onun qənaətinə görə, bu cür yaddaqalan hadisələr Azərbaycanın dünya imicinin daha da artırılmasına xidmət edən gözəl fürsətdir.

Elmar Məmmədyarov Azərbaycanla PAİ arasında sıx təmasları üzərində dayanaraq, dünya parlamentlərinin nümayəndələrini birləşdirən bu qurumda Latın Amerikası ölkələrinin fəal iştirakını məmnuniyyətlə qeyd edib. Bu baxımdan Azərbaycanın cari ildə Qoşulmama Hərəkatında sədrliyə başlayacağını söyləyən nazir Elmar Məmmədyarov Qabriela Kuevas Barronu bununla bağlı Bakıda keçiriləcək Zirvə toplantısına dəvət edib.

Tərəflər Azərbaycan ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyinə ümidvar olduqlarını vurğulayaraq, Latın Amerikası bölgəsində cərəyan edən proseslər barədə fikir mübadiləsi aparıblar.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR