Dərc edildi: Baxış sayı: 340
Elmar Məmmədyarov Nyu-Yorkda Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi ilə görüşüb
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Helqa Şmidt ilə görüşüb.
XİN-dən "Report"a verilən məlumata görə, görüş BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub.
Tərəflər Aİ-Azərbaycan tərəfdaşlıq münasibətləri, Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi regional enerji və nəqliyyat layihələri üzrə geniş fikir mübadiləsi aparıb, eləcə də BMT Baş Assambleyasının 73-cü sessiyası üzrə maraq doğuran məsələləri müzakirə ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət