Slimfit
  1. AZƏRBAYCAN

Elmar Məmmədyarov: "Nikol Paşinyan Qarabağla bağlı bəyanat verəndə nə dediyini fikirləşməlidir"

Elmar Məmmədyarov: "Nikol Paşinyan Qarabağla bağlı bəyanat verəndə nə dediyini fikirləşməlidir"
Sakura

Elmar Məmmədyarov: "Nikol Paşinyan Qarabağla bağlı bəyanat verəndə nə dediyini fikirləşməlidir"

"ATƏT-in Minsk qrupunun mandatını oxumaq lazımdır. Burada açıq şəkildə yazılıb ki, Ermənistan və Azərbaycan münaqişədə tərəflərdir və öz aralarında danışıqlar aparırlar".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. 

Nazir qeyd edib ki, bu, N.Paşinyanın Dağlıq Qarabağın münaqişə tərəfi olması ilə bağlı səsləndirdiyi ilk bəyanat deyil. 

E.Məmmədyarov vurğulayıb ki, hansısa danışıqlar aparanda gərək bunun üçün hazırlıq görülsün: "Yaxud da hansısa bəyanat verəndə fikirləşməlidir ki, orada nə deyilir. İlk növbədə, ortada sənədlər var. ATƏT-in Minsk qrupunun mandatını oxumaq lazımdır. Burada açıq şəkildə yazılıb ki, Ermənistan və Azərbaycan münaqişədə tərəfdir və öz aralarında danışıqlar var. O ki qaldı Dağlıq Qarabağ icmasına, burada hər iki ölkə maraqlı tərəfdir. Əgər maraqlı tərəfdirlərsə, orada Azərbaycan icması da var". 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR