Slimfit
  1. SİYASƏT

Elmar Məmmədyarov Macarıstanın xarici işlər və ticarət naziri ilə görüşüb

Elmar Məmmədyarov Macarıstanın xarici işlər və ticarət naziri ilə görüşüb
Sakura

Elmar Məmmədyarov Macarıstanın xarici işlər və ticarət naziri ilə görüşüb

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirlərinin Bakıda keçirilən 7-ci iclası çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Syarto ilə görüşüb.

XİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazirlər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyətindən məmnunluq ifadə edərək, iqtisadi və ticarət sahələrində əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini vurğulayıblar.

Macarıstanın Türk Şurasında müşahidəçi statusunun və bu yaxınlarda TDƏŞ-in Budapeştdə Nümayəndəliyinin açılmasının Macarıstanla türkdilli ölkələr arasında mövcud bağların daha da möhkəmləndirilməsinə xidmət edəcəyi qeyd olunub.

Sonra Elmar Məmmədyarov Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların cari vəziyyəti ilə bağlı həmkarının suallarını cavablandırıb.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər, xüsusilə də Suriya münaqişəsi ətrafında fikir mübadiləsi aparıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR