Slimfit
  1. GÜNDƏM

Elmar Məmmədyarov İsabayevlə də görüşdü

Elmar Məmmədyarov İsabayevlə də görüşdü
Sakura

Elmar Məmmədyarov İsabayevlə də görüşdü

Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyanın Azərbaycana yeni təyin olunan səfiri Daynis Qarançsı qəbul edib.

Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, səfir D.Qarançs Latviyanın xarici işlər naziri Edqar Rinkeviçsin salamını E.Məmmədyarova çatdırıb. Öz növbəsində, E.Məmmədyarov D.Qarançsı səfir təyin olunması münasibətilə təbrik edərək öz salamlarını Latviyalı həmkarına çatdırıb.

Görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan münasibətlərin siyasi, iqtisadi, ticarət, mədəni və digər sahələrdə inkişafından məmnunluq ifadə ediblər. Tərəflər həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

D.Qarançs etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

E.Məmmədyarov Latviyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

***

 

Xarici İşlər naziri Elmar Məmmədyarov Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayevi Qazaxıstan Prezidentinin ölkə Parlamentindəki Nümayəndiliyinin rəhbəri vəzifəsinə təyin olunması ilə bağlı geri çağrılması və Bakıda diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib.

Nazir Elmar Məmmədyarov səfir Beybit İsabayevi yeni təyinatı münasibətilə təbrik edirərək, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

İki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini bildirən nazir Elmar Məmmədyarov, bu əlaqələrin bundan sonra da dərinləşəcəyinə əminlik ifadə edib.

Səfir Beybit İsabayev, öz növbəsində səmimi təbrikə və diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Azərbaycan və Qazaxıstan xalqları arasında əlaqələrin ortaq etnik, mədəni və tarixi köklərə əsaslandığını qeyd edən səfir Beybit İsabayev, yüksək səviyyəli dialoqun ölkələrimiz arasında tərəfdaşlığın hərtərəfli inkişafına mühüm təkan verdiyini vurğulayıb. Bu əsnada səfir Beybit İsabayev Qazaxıstan Prezidentinin 2017-ci ildə Azərbaycana səfərinin və səfər çərçivəsində imzalanmış sənədlərin ikitərəfli əlaqələrin inkişafında xüsusi əhəmiyyətini diqqətə çatdırıb.

Görüş zamanı iki ölkə arasındakı əməkdaşlığın inkişafından, xüsusilə də iqtisadi-ticarət və nəqliyyat və tranzit sahələrində əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR