Dərc edildi: Baxış sayı: 428
Elmar Məmmədyarov: 'Həmsədrlər mayın sonunda regiona səfər edəcəklər'
Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ATƏT-in Minsk qrupunun həmsədrləri may ayının sonunda regiona səfər edəcəklər.
Bu barədə “Report”a Brüsseldə Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib.
“Hələlik həmsədrlərin regiona ayın sonunda gələcəyini düşünürük, bunu sonra ətraflı müzakirə edəcəyik. İndi gündəmdə nazirlərin görüşü var, amma bunu hazırlamaq lazımdır. Əvvəl də dediyim kimi, həmsədr ölkələrindən biri tərəfindən nazirlər səviyyəsində görüş keçirtmək barədə təklif verilmişdi və bu görüşə hazırlıq görülməlidir”, - nazir qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət