Dərc edildi: Baxış sayı: 474
Elmar Məmmədyarov Gürcüstan xalqını təbrik etdi
Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
Ens.az "Report"-a istinadən xəbər verir ki, bu barədə nazirin gürcüstanlı həmkarı Davit Zalkalianiyə ünvanladığı təbrik məktubunda bildirilib.
E.Məmmədyarov Azərbaycan və Gürcüstan arasında qarşılıqlı anlaşma və müstəqillik, suverenlik və ərazi bütövlüyünə hörmətə əsaslanan münasibət və əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib: “İnanıram ki, iki ölkə arasında ənənəvi yaxşı və məhsuldar əməkdaşlıq xalqlarımızın rifahı naminə inkişaf edəcək və güclənəcək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət