Slimfit
  1. AZƏRBAYCAN

Elmar Məmmədyarov diplomatik fəaliyyəti başa çatan Avstriya səfirini qəbul edib

Elmar Məmmədyarov diplomatik fəaliyyəti başa çatan Avstriya səfirini qəbul edib
Sakura

Elmar Məmmədyarov diplomatik fəaliyyəti başa çatan Avstriya səfirini qəbul edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aksel Vexi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Avstriya arasında ikitərəfli münasibətlərin cari vəziyyətindən məmnunluq ifadə olunub və siyasi, iqtisadi, energetika və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi potensialın mövcud olduğu vurğulanıb.

Səfir Aksel Vex diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Elmar Məmmədyarov Azərbaycan və Avstriya arasında münasibətlərin inkişafına verdiyi töhfəsinə görə səfirə təşəkkürünü ifadə edib və ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR