Slimfit
  1. AZƏRBAYCAN

Elmar Məmmədyarov: "BMT TŞ-ın qətnamələrinin icra olunmaması bu strukturun sülh və təhlükəsizliyi təmin etmək qabiliyyətini şübhə altına salır"

Elmar Məmmədyarov: "BMT TŞ-ın qətnamələrinin icra olunmaması bu strukturun sülh və təhlükəsizliyi təmin etmək qabiliyyətini şübhə altına salır"
Sakura

Elmar Məmmədyarov: "BMT TŞ-ın qətnamələrinin icra olunmaması bu strukturun sülh və təhlükəsizliyi təmin…

"BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrinin yerinə yetirilməməsi bu strukturun sülh və təhlükəsizliyi təmin etmək qabiliyyətini şübhə altına salır".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Fələstin dövlətinin Asiya ölkələrindəki səfirlərinin iclasında deyib.

XİN başçısı vurğulayıb ki, Azərbaycan Fələstinə, o cümlədən Yaxın Şərq münaqişəsinin həllində tam dəstək göstərir.

E.Məmmədyarov Fələstinin BMT-nin tamhüquqlu üzvü olacağına əminliyini ifadə edib: "Bu, artıq baş verir. Ümid edirəm ki, bir gün bu, mütləq baş verəcək. Mənim üçün bu aydın məsələdir".

"Həmçinin UNRWA (BMT-nin fələstinli qaçqınlara yardım göstərmək və işlərin təşkili üçün Yaxın Şərq Agentliyi) layihələri çərçivəsində də Fələstinə dəstək verməyə davam edəcəyik", - o deyib.

XİN başçısı Azərbaycanın özünün də qonşu Ermənistan tərəfindən torpaqlarının işğalı ilə üzləşdiyinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsi ilə qarşılaşdığına görə, münaqişə çərçivəsində Fələstini dəstəklədiyini qeyd edib: "Məsələ də bundadır. Qətnamələr icra olunmursa, bu təşkilatın sülh və təhlükəsizliyin təmin edilməsi məsələsindəki qabiliyyəti sula doğurur. Bizim məsələmizdə qoşunların işğal olunmuş ərazilərdən çıxarılmasını açıq şəkildə ifadə edən 4 qətnamə qəbul olunub. Onlardan birincisi 1993-cü ildə qəbul edilib, lakin indiyə qədər tətbiq olunmayıb və münaqişə həll olunmamış qalır. Odur ki, Azərbaycanda hamı sizin probleminizi başa düşür".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR