Slimfit
  1. SİYASƏT

Elmar Məmmədyarov: “Beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağdakı qondarma “seçkiləri” qınaması kifayət deyil”

Elmar Məmmədyarov: “Beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağdakı qondarma “seçkiləri” qınaması kifayət deyil”
Sakura

Elmar Məmmədyarov: “Beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağdakı qondarma “seçkiləri” qınaması kifayət…

“Aydındır ki, Ermənistan tərəfindən davam edən hərbi işğal və Azərbaycan ərazilərinin etnik təmizlənməsi fonunda, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində "seçkilər"in keçirilməsi Azərbaycan Respublikası Konstitusiyasının, o cümlədən BMT Nizamnaməsi, ATƏM-in 1975-ci il Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozulmasıdır və buna görə də heç bir hüquqi qüvvəyə malik olmayacaq”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov "The London Post"a müsahibəsində deyib.

Cənab Məmmədyarov bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində keçirdiyi "seçkilər"lə bağlı yaydığı bəyanatında da bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində seçkilər yalnız Azərbaycan Respublikasının Konstitusiya çərçivəsində və bölgənin bütün əhalisinin tam iştirakı ilə keçirilə bilər: “Belə seçkilər isə yalnız erməni işğalçı qüvvələrinin geri çəkilməsindən, qovulan azərbaycanlı əhalinin öz doğma yerlərinə qayıtmasından və bölgənin erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpasından sonra mümkün olacaq”.

Nazir qeyd edib ki, beynəlxalq ictimaiyyət Azərbaycana qarşı hərbi güc tətbiq edilməsi və bunun nəticəsində ölkənin ərazilərinin işğalı ilə bağlı ardıcıl olaraq ən güclü formalarda təəssüfünü ifadə edib: “1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə (822, 853, 874 və 884) qəbul edərək, Azərbaycan ərazilərinin işğalını pislədi və Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını hörmətini bir daha təsdiqlədi. Həmin qətnamələrdə Təhlükəsizlik Şurası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiqləndi və erməni işğalçı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edildi”.

XİN rəhbəri müsahibəsində vurğulayıb ki, əvvəlki hallarda olduğu kimi, bu dəfə də beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərində qondarma "seçkilər"i qətiyyətlə rədd etdi və onun qanunsuz  olduğunu elan etdi: “Bu sırada Qoşulmama Hərəkatı, İƏT, Aİ, NATO, Türk Şurası, GUAM, TÜRKPA və digər beynəlxalq təşkilatlardan, eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədrlərindən və çoxsaylı dövlətlərdən gəlmiş ayrı-ayrı bəyanatları qeyd etməliyik”.

Lakin nazir qeyd edib ki, bu qanunsuz hərəkətləri qınamaq kifayət deyil, bu bəyanatlara uyğun hərəkət etmək və ya başqa sözlə, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin icrası vacibdir. Azərbaycanın səyləri bunun üçündür və bu, regionda davamlı sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün lazımdır.

“Daha öncə də qeyd etdiyim kimi, beynəlxalq ictimaiyyət, ilk növbədə BMT TŞ müvafiq qətnamələrində Azərbaycan ərazilərinin işğalını pisləyib və işğalçı qüvvələrin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edib. Avropa Parlamenti müvafiq qətnamələrində “Şərq Tərəfdaşlığı”nın bir ölkəsinin başqa bir dövlətin ərazisini işğal etməsinin “Şərq Tərəfdaşlığı”nın təməl prinsiplərini və məqsədlərini pozduğunu bir daha təkrar edir. Avropa Parlamenti 2013-cü il 23 oktyabr tarixli qətnaməsində Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunan 822, 853, 874 və 884 saylı qətnamələrinə və ATƏT-in Minsk Qrupunun əsas prinsiplərinə uyğun olaraq həll olunmasını bəyan edib. Digər beynəlxalq təşkilatlar da oxşar mövqedədir. Beləliklə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin hüquqi əsası kifayət qədər möhkəmdir”, - deyə cənab Məmmədyarov vurğulayıb.

Nazir Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə, habelə beynəlxalq ictimaiyyətin birmənalı mövqeyinə əsaslanaraq, 20 ildən çoxdur sülh danışıqlarında iştirak etdiyini diqqətə çatdırıb: “Əldə etmək istədiyimiz şey regionumuzda əmin-amanlıq və firavanlıqdır. Çoxdan gözlənilən sülhü təmin etmək isə yalnız münaqişənin nəticələrinin aradan qaldırılmasından, erməni işğalçı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasından və köçkün Azərbaycan əhalisinin öz evlərinə qayıtmasıdan sonra mümkündür”.

E. Məmmədyarov müsahibəsində xatırladıb ki, ümumiyyətlə, Azərbaycan Respublikasının Konstitusiyasına və ölkənin müvafiq qanunvericiliyinə əsasən, seçkilərin nəticələrini Konstitusiya Məhkəməsi təsdiq edir: “Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qondarma "seçkilər" keçirilməsində ölkə Konstitusiyasının və qanunlarının pozulması o qədər aşkardır ki, Konstitusiya Məhkəməsi bu "seçkin"ni hətta nəzərə almadı”.

Rusiya, ABŞ və Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri kimi Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına vasitəçilik etdiyini bildirən nazir Birləşmiş Krallıq və Avropa Birliyinin də münaqişənin ən tez şəkildə sülh yolu ilə həllində maraqlıdı olduğunu vurğulayıb: “Azərbaycanın beynəlxalq münasibətlərin əsas oyunçularından və vacib iştirakçılarından gözləntisi təbii ki, BMT Təhlükəsizlik Şurasının tələblərinin yerinə yetirilməsidir”.

XİN başçısı bildirib ki, bu gün Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik, mədəni və fiziki xüsusiyyətlərini dəyişdirmək məqsədi ilə qəsdən müəyyən fəaliyyətlər həyata keçirilir: “Bu cür hərəkətlər, o cümlədən qondarma "seçkilər" beynəlxalq hüquq normalarının və müvafiq beynəlxalq konvensiyaların açıq şəkildə pozulmasıdır. Aydın məsələdir ki, bu cür siyasət və təcrübələr heç bir halda münaqişənin sülh yolu ilə həllinə nail olmaq məqsədləri ilə uzlaşa bilməz, bununla da daha geniş beynəlxalq ictimaiyyətin, o cümlədən ABŞ, Rusiya, Aİ və Britaniyanın dəyərləri qorumaq üçün BMT Nizamnaməsində təsbit edilmiş qaydalara əsaslanan dövlətlərarası münasibətlərin norma və prinsiplərinə uyun olaraq təxirəsalınmaz tədbirlər görməsini tələb edir.

Yeri gəlmişkən, Böyük Britaniya Xarici İşlər Nazirliyi də Dağlıq Qarabağdakı qondarma “seçkilər” keçirilməsini rəsmi şəkildə rədd edib”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR