Slimfit
  1. CƏMİYYƏT

Elmar Hüseynovun ailəsi illər sonra Azərbaycanda - Şuşaya getdi

Elmar Hüseynovun ailəsi illər sonra Azərbaycanda - Şuşaya getdi
Sakura

Elmar Hüseynovun ailəsi illər sonra Azərbaycanda - Şuşaya getdi

"Monitor" jurnalının qətlə yetirilən baş redaktoru Elmar Hüseynovun ailəsi illər sonra Azərbaycana gəlib. 

Ens.Az "Qafqazinfo"ya istinadən bildirir ki, E.Hüseynovun həyat yoldaşı Rüşaniyyə Hüseynova və oğlu Aslan 17 il sonra Bakı ilə yanaşı Şuşaya da səfər edib.

Səfər Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilib.

R.Hüseynova özü də səfərlə bağlı paylaşım edərək Bakının çox dəyişdiyini, lakin eyni zamanda əvvəlki kimi doğma və əziz olduğunu bildirib: "Məni şəhərin mərkəzinin və bulvarının miqyası valeh etdi. 17 il sonra oğlumuz Aslan öz tarixi vətəninə gəldi".

O, daha sonra Şuşa şəhərinə səfər etdiklərini vurğulayıb: "30 ildən sonra Şuşa bizimdir! Şuşa bizim tarixi irsimizin ürəyidir. Şuşa şəhərinə tərəf "Zəfər yolu" ilə getdikdə hərbçilərimiz tərəfindən nümayiş olunan qəhrəmanlığı tam anlayırsan".

Qeyd edək ki, Elmar Hüseynov 2005-ci ildə qətlə yetirilib. Onun ailəsi hadisədən sonra Norveçə köçərək orada yaşayır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR