Slimfit
  1. MEDİA

Elman Nəsirov: "Ramiz Mehdiyev toxunulmaz deyil"

Elman Nəsirov: "Ramiz Mehdiyev toxunulmaz deyil"
Sakura

Elman Nəsirov: "Ramiz Mehdiyev toxunulmaz deyil"

“Sərt karantin rejiminin kobud şəkildə pozulması ilə müşayiət olunan hadisə, yəni akademik Ramiz Mehdiyevin nəvəsinə toy məclisinin keçirilməsi çox böyük təəccüb və təəssüf hissi doğurdu”.

Ens.az xəbər verir ki, bu sözləri KONKRET.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

O daha sonra bunları bildirib:

“Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dünyanı hədəfə almış koronavirus pandemiyasına qarşı olduqca ciddi tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlər öz xarakter etibarilə həm önləyici, sistemli, ardıcıl tədbirlərdir və eyni zamanda milli, regional xarakterli olmaqla qlobal məzmun kəsb edir.

Bu tədbirlərdə əsas məqsəd ilk növbədə Azərbaycan vətəndaşının sağlamlığını qorumaqdır. Eyni zamanda onun sosial müdafiəsi istiqamətində addımlar atmaq, iqtisadiyyatın davamlılığını qoruyub saxlamaq deməkdir. Bu cür çox mürəkkəb və qəliz məsələlərin öhdəsindən gəlmək üçün ölkə Prezidentinin siyasi iradəsi ortadadır. Xalq birliyi, vətəndaş həmrəyliyi var, eyni zamanda bu prosesdə intizam və məsuliyyət məsələləri çox böyük əhəmiyyət kəsb edir. Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, bəzi şəxslər özlərini qanundan üstün tuturlar, özlərini imtiyazlı bir təbəqə kimi təqdim edirlər. Bu, cəmiyyətdə haqlı olaraq narazılığa səbəb olur. Və buradan hər kəs bilməlidir ki, qanun qarşısında hamı bərabərdir. Heç kimin əlahiddə səlahiyyəti yoxdur.

Dövlətimizin başçısı cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, heç kim toxunulmaz deyil, heç kim müstəsna hüquqlara malik deyil və əlavə imtiyazları yoxdur. Qanun qarşısında biz hər birimiz bərabərik.

Belə bir vəziyyətdə hesab edirəm ki, baş vermiş hadisə Ramiz Mehdiyevin nəvəsinin toy mərasiminin keçirilməsi və bu toy mərasiminin onun kürəkəninin – Əliyev İlhamın həyata keçirməsi və orada müəyyən məmurların iştirakı haqlı olaraq cəmiyyətimizdə mənfi qarşılanıb və sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub.

Hesab edirəm ki, Azərbaycan hüquqi dövlət olduğundan istənilən qanun pozuntusuna hüquqi qiymət verilməlidir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR