Slimfit
  1. MEDİA

Elm Tarixi İnstitutunun əməkdaşları 2020-ci ilin birinci yarımilinə dair hesabatlarını təqdim ediblər

Elm Tarixi İnstitutunun əməkdaşları 2020-ci ilin birinci yarımilinə dair hesabatlarını təqdim ediblər
Sakura

Elm Tarixi İnstitutunun əməkdaşları 2020-ci ilin birinci yarımilinə dair hesabatlarını təqdim ediblər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda (ETİ) 2020-ci ilin birinci yarımilinə dair onlayn hesabat iclası keçirilib. 

Tədbirdə Elm Tarixi İnstitutunun əməkdaşları pandemiya dövrü də daxil olmaqla yarımillik fəaliyyətləri ilə bağlı hesabatlarını İnstitut rəhbərliyinə təqdim ediblər. 

İclasda bildirilib ki, karantin səbəbindən verilmiş məzuniyyət dövründə tədqiqat işlərini ev şəraitində davam etdirən İnstitut əməkdaşları müxtəlif mövzularda kitab və məqalələrin hazırlanması ilə yanaşı, onlayn seminar və konfranslara da qatılıblar. Bu müddət ərzində İnstitut əməkdaşlarının məqalələri yerli və xarici impakt faktorlu jurnallarda dərc edilib.

Tədbirdə İnstitut əməkdaşları tərəfindən ayrı-ayrı mövzularda aparılan tədqiqat işləri, o cümlədən hazırlanıb çapa təqdim olunacaq  kitabların məzmunu müzakirə edilib. Bildirilib ki, Elm Tarixi İnstitutunun 18 iyun 2020-ci il tarixdə  tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinə həsr etdiyi onlayn elmi konfransa təqdim olunan materiallar da toplanaraq çapa təqdim ediləcək.

Tədbirdə, həmçinin oktyabr ayında elmşünaslığla bağlı keçirilməsi nəzərdə tutulan beynəlxalq elmi seminarın, habelə ictimai-siyasi xadim Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunan elmi konfransın hazırlıq işləri müzakirə olunub. İnstitut əməkdaşları bu istiqamətdə topladıqları materiallar və hazırladıqları elmi məqalələrin ümumi məzmunu haqqında məlumat veriblər.

Tədbirin sonunda İnstitutun qarşıdakı 6 ayda görəcəyi işlər müəyyənləşdirilərək plan qəbul edilib. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR