Slimfit
  1. MEDİA

Elm Tarixi İnstitutunun “Elm tarixi və elmşünaslıq” beynəlxalq elmi-nəzəri jurnalının ilk sayı çapa təqdim olunub

Elm Tarixi İnstitutunun “Elm tarixi və elmşünaslıq” beynəlxalq elmi-nəzəri jurnalının ilk sayı çapa təqdim olunub
Sakura

Elm Tarixi İnstitutunun “Elm tarixi və elmşünaslıq” beynəlxalq elmi-nəzəri jurnalının ilk sayı çapa təqdim olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) “Elm tarixi və elmşünaslıq” beynəlxalq elmi-nəzəri jurnalının ilk sayı çapa təqdim olunub.

Redaksiya heyətində Çin, Rusiya, Ukrayna, Polşa və digər ölkələrin akademik qurumlarının və  alimlərinin təmsil olunduğu jurnalın yerli və xarici müəlliflərin məqalələrindən ibarət olan ilk sayında elm tarixi və elmşünaslığın müxtəlif profillərinə və nəzəri problemlərinə həsr olunmuş yeni araşdırmalar yer alıb.

Qeyd edək ki, jurnalın nəşr qaydaları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə və bu sahədəki beynəlxalq standartlara uyğundur. Elmi məcmuə AMEA Rəyasət Heyətinin 16 iyul 2020-ci il tarixli 12/7 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “Mətbu nəşrlərin reyestri”nə daxil edilmişdir.

Məlumat üçün bildirək ki, elmi jurnalın əsas fəaliyyət istiqaməti elm və texnika üzrə biliklərin genezisi, elmi məktəblərin formalaşması və inkişafı ( AMEA-nın, müxtəlif muzeylərin, institutların yaranması və inkişafı, görkəmli alimlərin həyat və yaradıcılığının təsviri, onların elmi nailliyyətləri),  elmi inkişafın qanunauyğunluqlarının öyrənilməsi, elmin populyarlaşdırılması və dünya elmində aparıcı Azərbaycan alimlərinin əsərlərinin nəşr edilməsidir.

Üç dildə (Azərbaycan, ingilis, rus) tərtib olunan jurnalın qarşıya qoyduğu başlıca vəzifələrindən biri Azərbaycan elminin beynəlxalq akademik ictimaiyyətə çatdırılması, yerli alimlərlə xarici ölkə alimləri arasında elmi kommunikasiyaların yaradılmasıdır.

Jurnalın elektron variantı ilə https://jhsss.net/ linki vasitəsilə tanış ola bilərsiniz.

 

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi,
elmtarixi.pr@gmail.com
(012) 539 51 35

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR