Slimfit
  1. TEXNOLOGİYA

Elm adamları süni insan dərisi ilə sarılmış telefon örtüyü hazırlayıblar

Elm adamları süni insan dərisi ilə sarılmış telefon örtüyü hazırlayıblar
Sakura

Elm adamları süni insan dərisi ilə sarılmış telefon örtüyü hazırlayıblar

Fransalı elm adamları ağıllı telefonlarda istifadə olunan qoruyucu örtüklərə yeni perspektivlə yanaşıblar.  TED.az  xəbər verir ki, onlar toxunma stimullarını başa düşə bilən süni dəridən hazırlanmış bir smartfon örtüyü ərsəyə gətiriblər.

Toxunuşa həssas bir örtük istehsal etməyi planlaşdıran elm adamları planlarını reallaşdırmaq üçün süni dəridən istifadə ediblər. Belə ki, süni dəridən hazırlanan bu örtüklər istifadəçilərin toxunma hisslərini ayırd etmə xüsusiyyətinə malikdir.

Sözügedən örtük "Sorbonne" Universiteti və "Telekom Paris Tech" Universitetindən Mark Teyssierin rəhbərliyi altında Fransa Milli Elmi Tədqiqat Mərkəzinin alimləri tərəfindən hazırlanıb.

İki fərqli versiyası olan örtüklərdən biri təməl nümunəni göstərir, digəri isə demək olar ki, əsl insan dərisinə toxunmaq hissi bəxş edir.

Məsələn, incə bir toxunuş bu örtük tərəfindən sakitlik olaraq qarşılanarkən, sərt toxunma isə istehlakçının qıcıqlı olduğunu göstərir.

Üstəlik, bu telefon qutusu, qıdıq və sıxma kimi toxunma vəziyyətlərini də başa düşə bilər. Bəs bu necə mümkündür?

Bu örtük insan dərisi kimi fərqli təbəqələrə malikdir və bu təbəqələrdən biri də nazik mis tellərdən ibarətdir. İstehlakçının qabığa tətbiq etdiyi təzyiqə görə, bu mis tellərin yük nisbəti dəyişir və örtük toxunma xəbərdarlıqlarını hiss edə bilir.

Alimlər bu toxunma hisslərini aşkarlayan qabıqdan səmərəli istifadə etmək üçün nələrin mümkünlüyü üzərində işləyirlər. Elm adamları qarşıda duran bəzi problemlərin öhdəsindən gələ və qabığın səmərəliliyini artıra bilsələr, toxunma hisslərini hiss edən səthlərin gələcəkdə bir çox sahədə istifadə edilə biləcəyi görünür. Bu işlə bağlı alimlərin hazırladığı videoya da baxa bilərsiniz.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR