Slimfit
  1. ELM

Elm adamları buzlaqların əriməsinin qarşısını almaq üçün inanılmaz üsul tapdı

Elm adamları buzlaqların əriməsinin qarşısını almaq üçün inanılmaz üsul tapdı
Sakura

Elm adamları buzlaqların əriməsinin qarşısını almaq üçün inanılmaz üsul tapdı

Buzlaqlar böyük bir sürətlə əriyərək dəniz səviyyəsinə qarışır.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, bir çox elm adamları bunun qarşısını almaq üçün müəyyən üsullar tapıb. Bu ana qədər bir neçə üsul ortalığa atılsa da, ötən gün bu günə qədər həyata keçirilən ən qeyri-adi üsul deyilib. Üç elm adamından ibarət olan bir komanda Antarktikaya 7.4 trilyon süni qar tökülərsə buzlaqların əriməsini azaldacağını bildirib.

Bu üsul göründüyü qədər asan deyil. Bu əməliyyat qorxunc dərəcədə bahalı, həm də bir çox texniki çətinliyə sahibdir. Elm adamları bunu edərkən okean sularını çəkmələrinin lazım olduğunu və bunun üçün böyük enerji sərf olunacağını bildirib.

Son zamanlarda aparılan araşdırmalar isinən okean sularının Qərbi Antartikada buz qatının çökməsinə, nəhəng buzlaqların əriməsinə səbəb olduğunu ortaya çıxarıb. Bu buzlaqların əriməsinin ciddi nəticələri olduğu, dəniz səviyyəsini təxminən 3 metr yüksəltdə biləcəyi deyilib. Bu vəziyyətin də Nyu York kimi şəhərlərdə təhlükə yaradacağı bildirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR