Əlləriniz sizin yaşınızın göstəricisidir
İnsan yaşlandıqca onun dərisi də öz keyfiyyətini itirməyə başlayır.
Xüsusən də əllərimiz daima xarici mühitin təsiri və su ilə təmasda olduğuna görə əllərin dərisi daha tez qırışır.
Dəri qış ərzində bir qədər solur və təravətini itirir. Bunun qarşısını almaq üçün çimən zaman dərini bərk-bərk sürtmək lazımdır. İsti-soyuq duş qəbul eləmək də dərinin təravətlənməsinə səbəb olur.
Xörək hazırlayarkən kobudlaşmış əl dərinizi pomidor və ya limon sürtməklə nazikləşdirib incəldə bilərsiniz.
Əlləriniz çox kobudlaşmışsa və ya dırnaqlqrınız qırılırsa, əllərinizi isti günəbaxan yağında 10-15 dəqiqə vanna edin. Sonra əllərinizi yumayın, əski ilə silin.
Əgər əllərinizin ağarmağını istəyirsinisə, onu boraks və ya sirkə tökülmüş suda saxlayın.
Qədim xalq təbabətində çiy süd qatılmış ilıq su vannası da əlləri ağartdığı söylənilir.
Əllərə düşmüş mürəkkəb ləkəsini naşatır spirti vasitəsilə təmizləmək olar.
Əgər əllərinizdə ziyil əmələ gəlmişsə gündə 4-5 dəfə zəncirotu, təzə kartof, sarımsaq şirəsi çəkin. Xalq təbabətində ziyillərin üstünə gülləmə soğan qoymaq lazım gəldiyi söylənilir. Ziyili kəsmək və zədələmək olmaz, yaxşı olardı ki, bu barədə həkimə müraciət edəsiniz.
Əgər əllərinizi çirkləndirəcək iş görəcəksinizsə dırnaqlqrınızla sabunu qaşıyın, dırnaqlarınızın dibi dolsun. İşinizi gördükdən sonra dırnaqlqrınızı şotka ilə yuyun. Yaxşı olar ki, çirkli işlər görərkən əllərinizə əlcək geyinəsiniz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət