Slimfit
  1. AZƏRBAYCAN

“Əliyevlə Paşinyanın görüşündən sonra gərginlik azalıb” - Sergey Lebedev

“Əliyevlə Paşinyanın görüşündən sonra gərginlik azalıb” - Sergey Lebedev
Sakura

“Əliyevlə Paşinyanın görüşündən sonra gərginlik azalıb” - Sergey Lebedev

Düşənbədə Müstəqil Dövlətlər Birliyi (MDB) dövlət başçıları Şurasının iclası zamanı Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında şəxsi görüş Dağlıq Qarabağda gərginliyi azaldıb.
AzVision.az “İnterfax”a istinadən xəbər verir ki, bunu Minsk şəhərində MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev jurnalistlərə açıqlamasında bildirib.

“Mən özüm görmüşəm ki, Azərbaycan prezidenti və Ermənistanın baş naziri bir-birinə yaxınlaşaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə ediblər. Nəticələr göz qabağındadır - indi münaqişə regionunda gərginlik aşağı düşüb”.

Lebedev həmçinin iki ölkə rəhbərinin bu ilk məzmunlu təmasının davam etdirilərək Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından müsbət nəticələr verəcəyinə ümidvar olduğunu söyləyib.
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR