Slimfit
  1. SİYASƏT

Əliyevlə operativ əlaqə hələ yoxdur, ancaq... - Paşinyan

Əliyevlə operativ əlaqə hələ yoxdur, ancaq... - Paşinyan
Sakura

Əliyevlə operativ əlaqə hələ yoxdur, ancaq... - Paşinyan

Azərbaycan Prezidenti İlham Əliyevlə operativ əlaqə hələ yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Hazırda hələ əlaqələr yoxdur. Lakin bu istiqamətdə işlər davam etdirilir. Mən həmçinin böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, son günlər təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində vəziyyət sakitdir”, - Paşinyan bildirib.

Xatırladaq ki, sentyabrın 28-də Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub.

Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.

Həmçinin tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR