Slimfit
  1. AZƏRBAYCAN

Əliyev diqqət mərkəzində: Paşinyan küncdə qaldı

Əliyev diqqət mərkəzində: Paşinyan küncdə qaldı
Sakura

Əliyev diqqət mərkəzində: Paşinyan küncdə qaldı

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü dövlətarası münasibətlərin nümayişi baxımından mühüm önəm kəsb edib.

Axar.az xəbər verir ki, Rusiya mətbuatı görüş çərçivəsində liderlər arasındakı münasibətlərin işıqlandırılmasına geniş yer verib.

Rusiya Prezidenti Vladimir Putinin Sankt-Peterburq Dövlət Akademik Marinski Teatrında Pyotr Çaykovskinin “Şelkunçik” baletinə tamaşa edərkən sağında ölkə başçısı İlham Əliyevin, solunda isə Belarus lideri Aleksandr Lukaşenkonun əyləşməsi xüsusən son dövrlərdə ölkələr arasındakı yaxın münasibətlərin və əməkdaşlığın nümunəsi, həmçinin Putinin böyük ehtiramı və hörməti kimi təqdim edilib.

Tarixən Rusiyanın əlaltısı hesab olunan, lakin son aylarda Kremllə böyük problemləri olan Ermənistanın lideri Nikol Paşinyanın isə bu ehtiram və hörmətdən çox uzaqda qaldığını söyləmək olar. Paşinyan az qala liderlərin cərgəsini tərk edib, mühafizəçilərlə birlikdə əyləşib.

Erməni lider İlham Əliyevin getdikcə daha da artan nüfuzu və liderlər arasında ona göstərilən diqqət fonunda sıxılaraq öz küncündə sakit və narazı şəkildə oturub. Bunu onun narazı üz cizgilərindən də rahatlıqla hiss etmək olar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR