Slimfit
  1. MEDİA

Əliyev bunu sovetin ən güclü vaxtında etdi

Əliyev bunu sovetin ən güclü vaxtında etdi
Sakura

Əliyev bunu sovetin ən güclü vaxtında etdi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

İnstitutdan Kult.az-a verilən məlumata görə, tədbiri Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov açaraq bildirib ki, Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə sıx bağlıdır:

“Ulu öndər qarşısına çıxan bütün maneələri və çətinlikləri dəf edərək Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədri vəzifəsinədək yüksəldi. DTK-nın azərbaycanlılaşdırılması və xalqımızın düşmənlərindən təmizlənməsi kimi son dərəcə çətin və şərəfli işə ilk dəfə - hələ sovet rejiminin ən güclü vaxtında məhz Heydər Əliyev başlayıb”.

Yaqub Mahmudov deyib ki, Heydər Əliyev Bakı Dövlət Universiteti (BDU) Tarix fakültəsinin dünya şöhrətli məzunudur:

“Biz I kursda təhsil alanda onun oxuduğu qrup BDU-nu bitirirdi. O zaman Ulu öndər dövlət təhlükəsizlik orqanlarında çalışırdı. Bunun bizim hər birimiz üçün necə böyük əhəmiyyət kəsb etdiyini yaxşı anlayırdıq.

Mən Heydər Əliyevin unudulmaz bir vəsiyyətini dönə-dönə yada salıram, o, dəfələrlə deyirdi ki, biz son 200 ilin tarixini yenidən öyrənməliyik. Ulu Öndərimiz XIX-XX əsrləri, xüsusən Gülüstan və Türkmənçay müqavilələrindən sonrakı tarixi nəzərdə tuturdu. Bu tarix Azərbaycanın ikiyə bölünməsi, xalqımızın məhv edilmə siyasəti və soyqırımlar tarixidir. 2013-cü ildə elmi rəhbərliyim və ssenari müəllifliyimlə Azərbaycan Televiziyasının “Azərbaycantelefilm” yaradıcılıq birliyində Ulu öndərin 90 illiyinə həsr olunan “Dahi azərbaycanlı” sənədli filmi istehsal olunub”.

 

Tarixçi alimlər Ədalət Qasımov, Tofiq Mustafazadə, Cəbi Bəhramov və başqaları çıxışlarında qeyd ediblər ki, Heydər Əliyev Azərbaycanı böyük sovet məkanında ən tanınmış respublikaya çevirib, dünyada tanıdıb.

Tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Daha sonra Tarix İnstitutunun Heydər Əliyevə həsr olunan nəşrlərinin - ikicildlik “Heydər Əliyev” fundamental araşdırması, “Heydər Əliyev. Azərbaycan elminin keşiyində” adlı ikicildlik sənədlər toplusu, “Heydər Əliyev ideyalarının zəfər yürüşü”, beş kitabdan ibarət “Azərbaycan Respublikasının tarixi” ikicildliyi və başqa kitabların təqdimatı keçirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR