Dərc edildi: Baxış sayı: 418
Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb
Azərbaycanlı beynəlxalq dərəcəli hakim Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyununa təyinat alıb.
“Report” AFFA-nın saytına istinadən xəbər verir ki, FIFA referisi A qrupunda keçiriləcək “Sürix” (İsveçrə) – “Bayer” (Almaniya) oyununu idarə edəcək.
Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.
Qeyd edək ki, oktyabrın 25-də keçiriləcək oyun Bakı vaxtı ilə 20:55-də başlayacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət