Slimfit
  1. AZƏRBAYCAN

Elina Hacıyevanın ölümü

Elina Hacıyevanın ölümü
Sakura

Elina Hacıyevanın ölümü

Elina Hacıyevanın ölümü – Bakı şəhərində 162 saylı tam orta məktəbdə 14 yaşlı 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar hadisəsi. Elina intihar hadisəsini 4 aprel 2019-cu ildə saat 9:11-də məktəbin 3-cü mərtəbəsindən özünü ataraq gerçəkləşdirib. Onun 2-ci intihar cəhdi olub. Bu, son 4 ildə Azərbaycanda baş verən 10-cu məktəbli intihar hadisəsi olub.

Arxaplan

Elina Hacıyeva intihar hadisəsini 4 aprel 2019-cu ildə saat 9:11-də məktəbin 3-cü mərtəbəsindən özünü ataraq gerçəkləşdirib. İntihardan öncə 30 ketotifen qəbul edib. İntihar hadisəsi zamanı çoxsaylı ağır xəsarətlər alıb. Ambulans ancaq intihar hadisəsindən 2 saat sonra çağırılıb: 11:04-də Elina Hacıyeva ilə bağlı xəstəxanaya çağırış daxil olub, həmin çağırış saat 11:06-da həkimə ötürülüb və təcili tibbi yardım xidməti 11:12-də artıq ünvana yetişib. 11:36-da isə Elina xəstəxanaya çatdırılıb. Saat 12:00-da hadisə haqqında anası Sevil Hacıyevaya məlumat verilib və ona qızının xəstəxanaya aparıldığı bildirilib. Elinanın çanaq sümüyü sınıb, döş qəfəsi əzilib, ağ ciyərləri zədələnib və 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Lakin komaya düşüb və 2 gün sonra xəstəxanada ölüb.

Səbəblər

Elina Hacıyevanın intihar səbəbi kimi məktəbdə məruz qaldığı zorbalıq və özünəinamının az olması göstərilir. Əvvəllər 203 saylı məktəbdə oxuyan Elina 2018-ci ildə evinin yaxınlığında yerləşən 162 saylı məktəbə keçəndən sonra məktəblilər onu ələ salmağa və aşağılayıcı adlar verməyə başlayıblar. Elina özünü müdafiə edə bilməyib və içinə qapanıb. Biologiya müəllimi Leyla Mixaylovanın onunla kobud davranması, sinif rəhbərinin ona təzyiqlər etməsi, 10-11-ci sinif oğlanlarının onu təpikləməsi barədə məlumatlar da mövcuddur.

Elina bu barədə anasına müraciət edib və anası məktəbin direktoruna müraciət edib. Lakin direktor işlə bağlı heç bir tədbir görməyib. Elina intihardan 2 həftə öncə dərslərini buraxmağa başlayıb. Anası onu başqa məktəbə köçürməyə çalışsa da, Elinanı qəbul etməyiblər.

Hadisədən sonra məktəb rəhbərliyi işi ört-basdır etməyə çalışıb və əvvəlcə hadisənin intihar deyil, bədbəxt hadisə olduğunu bildirib. Daha sonra məktəbin direktoru hadisənin səbəbkarı kimi ailəni göstərib və Elinanın pozğun və uğursuz ailənin övladı olduğunu və ailənin uşaqla maraqlanmadığını bildiriblər.

 

Daha sonra

Hadisə ilə bağlı Səbail rayon prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb. Məsələ Azərbaycan prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətinə keçib. Hadisədən sonra məktəbin direktoru Sevinc Abbasova, eləcə də müavini Lalə Məhərrəmova və məktəb psixoloqu Könül Ağayeva işdən çıxarılıb. 11 aprel 2019-cu ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Təhsil Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsələni araşdırdığını bildirib. Təhsil naziri Ceyhun Bayramov 30 gün ərzində məktəblərdə mənəvi-psixoloji və təhlükəsiz mühitin yaradılması üçün rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin), təhsil müəssisələrinin rəhbərlərindən hesabat istəyib.

Hadisə Azərbaycanda rezonansa və şoka səbəb olub. Sosial media istifadəçiləri Elina Hacıyevanın ölümü bağlı məsələnin aydınlaşdırılmasını tələb ediblər və tələblərini #ElinaÜçünSusma heşteqi ilə bildiriblər. 2011-ci ildə Avroviziya Mahnı Müsabiqəsinin qalibi olmuş Nigar Camal da Instagram hesabı ilə etirazını bildirib.

Təxminən 50 nəfər insan isə 162 saylı məktəbin qabağında toplaşıb və "Məktəbdə zorbalığa son!" şüarı səsləndiriblər. Lakin polislər etiraz aksiyasına mane olublar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR