Slimfit
  1. CƏMİYYƏT

Əlilliyin təyin olunması ilə bağlı yeni meyarlar hazırlanır

Əlilliyin təyin olunması ilə bağlı yeni meyarlar hazırlanır
Sakura

Əlilliyin təyin olunması ilə bağlı yeni meyarlar hazırlanır

Bundan əvvəl uşaqpulu hamıya verilirdi. Ancaq uşaqpulunun məbləği olduqca aşağı idi.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Nazir müavini bildirib ki, "Ünvanlı dövlət sosial yardımı haqqında" qanun qəbul olunduğuna görə uşaqpulu ünvanlı şəkildə aztəminatlı ailələrə verilir:

"Bu gün 84 minə yaxın ailə ünvanlı yardım alır”.

Anar Əliyev onu da əlavə edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində I qrup əlilliyi olan şəxslərlə bağlı xüsusi komissiya yaradılıb:

“Hazırda əlilliyin təyin olunması ilə bağlı səhiyyə orqanlarına müraciət olunmalıdır. Ancaq bizə müraciət olunan zaman xüsusi komissiyada I qrup əlilliyi olan şəxsləri əyani komissiyadan keçirə bilirik. Ümumiyyətlə, əlilliyin təyin olunması ilə bağlı yeni meyarlar hazırlanır”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR