Slimfit
  1. CƏMİYYƏT

Əlilliyi olan şəxslərə şad xəbər: Bu vasitələr evlərinə aparılacaq

Əlilliyi olan şəxslərə şad xəbər: Bu vasitələr evlərinə aparılacaq
Sakura

Əlilliyi olan şəxslərə şad xəbər: Bu vasitələr evlərinə aparılacaq

Azərbaycanda elan olunmuş xüsusi karantin rejimi müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əlilliyi olan şəxslərə reabilitasiya vasitələri evlərində veriləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, əlilliyi olan şəxslər reabilitasiya vasitələri (əlil arabası, dördayaqlı dayaq vasitəsi, qoltuqaltı və dirsəkaltı ağac, əsa və s.) ilə təmin olunmaq üçün 077 489 90 00,  077 489 90 04 və 077 489 90 05 telefon nömrələri ilə əlaqə saxlayaraq, müraciət edə bilərlər.

Müraciətlər əsasında reabilitasiya vasitələri beş gün ərzində yaşadıqları ünvanlarda onlara təqdim olunacaq. 

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR