Əlilliyi olan şəxslər reabilitasiya vasitəsi ilə təmin edilib
Reabilitasiya vasitələrinin yaşayış yerində verilməsi işləri daha da genişləndiriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən bir sıra hallarda əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin onların yaşadıqları bölgələrə, hətta yaşadıqları ünvanlara aparılaraq verilməsi işləri aparılıb.
“Qafqazinfo” xəbər verir ki, ötən il ərzində Mərkəz əliliyi olan şəxsləri 35 351 reabilitasiya vasitəsi ilə təmin edib.
Onlardan bir qismi də reabilitasiya vasitələrini götürmək üçün özlərinin (və ya yaxınlarının) Bakıya gəlmək imkanları olmayan şəxslərə səyyar xidmət formasında yaşadıqları rayon və ya şəhərə aparılmaqla, yaxud birbaşa ünvana çatdırılma qaydasında təqdim olunub.
Nazirlikdən bildirilib ki, bundan sonra reabilitasiya vasitələrinin əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi sistemli xarakter alacaq, bu sahədə fəaliyyət daha da genişləndiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət