Slimfit
  1. AZƏRBAYCAN

Əlilliyi olan gənclərin 100 illik soyqırım haqqında maarifləndirilməsinə start verildi

Əlilliyi olan gənclərin 100 illik soyqırım haqqında maarifləndirilməsinə start verildi
Sakura

Əlilliyi olan gənclərin 100 illik soyqırım haqqında maarifləndirilməsinə start verildi

“Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə avqust ayının 1-dən “Əlilliyi olan gənclərin 1918-ci il azərbaycanlıların soyqırımı haqqında maarifləndirilməsi və Şamaxıdakı xatirə abidəsinə ziyarətin təşkili” layihəsinin icrasına başlayıb.

25.08.2018-c i il tarixində layihənin hazırlığ mərhələsinin başa çatması ilə əlaqədar ƏSMİD ictimai birliyi təşkilat üzvüləri üçün məlumatlandırma tədbiri təşkil edib. Bu barədə Sosialxəbər.az-a ƏSMİD ictimai birliyinin rəhbəri Səbinə Kərimova məlumat verib.

Onun sözlərinə görə layihənin hazırlığ mərhələsi başa çatdıqdan sonra, sentyabr ayının 4-də Sumqayıt şəhər Tarix muzeyində Soyqırımın 100 illiyi ilə əlaqədar əlilliyi olan gənclər üçün elmi-praktik konfrans təşkil olunacaq.

Bu konfransın məqsədi “Sağlamlıq imkanları məhdud gənclərin arasında soyqırımının yüzüncü ildönümü” ilə əlaqədar tariximizin təbliğini aparmaq,ölkəmizdə baş vermiş siyasi, mühüm hadisələrlə bağlı məlumatlandırmaq və onların informasiya balansının artırılmasına yardımçı olmaqdır.

Layihənin sonunda əlilliyi olan gənclərin Şamaxı şəhərində soyqırım abidə kompleksinə ziyarəti təşkil olunacaq.

Tədbirin sonunda Təşkilata yeni üzv olanların üzvülük vəsiqələri və son 6 ay müddətində fəallıq göstərən təşkilat üzvülərinə isə fəxri fərmanlar təqdim edildi.

 

Mənbə: Cebhe.infov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR