Əlillik müddəti başa çatanlara müavinət və pensiya ödənişi davam etdirilir
Əlillik müddəti başa çatan müvafiq şəxslərin əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb. Onlara əlilliyə görə aylıq müavinət və ya pensiya ödənişi davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafəisə Nazirliyindən verilən məlumata görə, həmçinin sağlamlıq imkanları məhdudluq müddəti həmin vaxtdan bitən uşaqlar üçün də bu müddət uzadıldığına görə, onlara da aylıq müavinət ödənilməkdə davam edir.
Birinci dərəcə əlilliyi olanlara və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər üçün aylıq təqaüdün verilməsi də davam edir.
Bu sosial müdafiə tədbiri ümumilikdə, 14 min şəxsi əhatə edir və bunun üçün 2,6 milyon manat ayrılıb.
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət