Slimfit
  1. CƏMİYYƏT

Əlillik müddəti başa çatanlar bununla bağlı iyunda yenidən müraciət edə billər

Əlillik müddəti başa çatanlar bununla bağlı iyunda yenidən müraciət edə billər
Sakura

Əlillik müddəti başa çatanlar bununla bağlı iyunda yenidən müraciət edə billər

Pandemiya ilə əlaqədar ölkədəki karantin rejimi mayın 4-dən ləğv edilərsə, əlillik müddəti başa çatan şəxslər iyun ayında yenidən əlilliyin qiymətləndirilməsi üçün müvafiq tibb müəssisələrinə müraciət edə biləcəklər.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

Onun sözlərinə görə, pandemiya ilə əlaqədar sosial dəstək tədbirlərindən biri kimi əlillik müddəti başa çatan şəxslərin əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılır:

“Baş nazir tərəfindən belə bir qərar qəbul edildi ki, karantin dövründə, yəni martın 1-dən etibarən əlillik müddəti bitən və karantinə görə tələb olunan müayinələrə gedə bilməyən şəxslərin aldıqları sosial müavinətin, əmək pensiyasının alma müddəti avtomatik olaraq, xüsusi karantin rejiminin bitdiyi aydan sonrakı ayın 1-dək uzadılır. Bu imkan verəcək ki, 14 min nəfər şəxs xüsusi karantin rejimi dövründə müvafiq müavinət və pensiyalarla təmin edilsin. Bu müddətdə eyni zamanda sağlamlıq imkanları məhdud uşaqlara və birinci dərəcə əlilliyi olan insanlara qulluq edən şəxslərə 50 manat məbləğində Prezident təqaüdünün də ödənişi həyata keçiriləcək.

 

Ümumilikdə bu sosial tədbir 14 min vətəndaşı əhatə edəcək. Maliyyə yükü 2,6 milyon manat olan bu tədbir Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına maliyyələşdiriləcək. Mayın 4-dən karantin rejimi ləğv edilərsə, həmin şəxslər üçün əlilliyin müddəti mayın sonunadək uzadılacaq və may ayı üçün ödənişlər həyata keçiriləcək. İyun ayında isə onlar artıq adi rejimdə, mövcud qaydalara əsasən, müvafiq tibb müəssisələrinə müraciət etməklə yenidən əlilliyin qiymətləndirilməsi üçün müraciət edə bilərlər”.

B.Hüseynov qeyd edib ki, əlillik müddəti başa çatdıqdan sonra vətəndaşlar müvafiq tibb müəssisəsinə müraciət edir və əlilliyin müəyyən edilməsi üçün nəzərdə tutulmuş forma 88-i doldurur. Bunun əsasında da məlumatlar elektron sistemlər üzərindən əlillik alt sisteminə göndərilir. Həmin sənədlər ƏƏSMN-nin tibbi sosial ekspert komissiyalarında fəaliyyət göstərən ekspertlər tərəfindən həmin sənədlər qiymətləndirilir və bunun da əsasında vətəndaşların əlilliyi müəyyən edilir.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR