Dərc edildi: Baxış sayı: 1009
Əli Nəzmi - Yat!
Axşam namazını tələsik qıl, yubamna, yat
Sol böyriin üstünə uzanıb, qurdalanma, yat!
Çoxdur məşəqqətigözü açıqlığın, inan,
Açsan gözünii, qəm görəcəksən, oyanma, yat!
Yatmaqdadır səadəti-dünya və axirət,
Durma ayağa, baxma cahanə, usanma, yat!
Üstündən özgələr irəli keçsin, atlayıb,
Qoy tapdasınlar, olma miikəddər, utanma, yat!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət