Slimfit
  1. ƏDƏBİYYAT

Əli Nəzmi - İstixarə

Əli Nəzmi - İstixarə
Sakura

Əli Nəzmi - İstixarə

Fikir edirik biz də bir iş başlayaq,
Eyləyirik istixarə, bəd gəlir.
Səbr edirik, bircə saat xoşlayaq,
Xoşlayırıq, istixarə bəd gəlir. 

İstəyirik biz övlad-millətə,
Açıb məktəb çataq dadi-immətə. 
Cəmiyyətlər təşkilinə, himmətə...
Qalxışırıq, istixarə bəd gəlir.
 
Cəm oluruq bir məclisə yüz nəfər,
İşlədirik neçə batman çay, şəkər,
Danışırıq, bitişirik, müxtəsər...
Eyləyəndə istixarə bəd gəlir.

Sonra biz də eyləyirik məsləhət,
Toplaşırıq, həm çay olur, həm də ət.
Təsbihə də molla edir məşvərət,
Yenə andır istixarə bəd gəlir.

Beş ay, üç ay gedib yenə yatırıq,
Lakin çaysız, aşsız itib batırıq,
Ortalığa təzə bir söz atırıq
Ki, etməyin istixarə bəd gəlir.

Səbarə* biz bu şuraya cəmləşib,
Ən lazımlı məktəb işin səsləşib
Düzəldirik zəhmət çəkib əlləşib,
Pul deyəndə, istixarə bəd gəlir.

Söyləyirik: elm, məktəb, ittihad, 
Hey sayırıq cümləsini adbaad,
Belə edir neçə məclis iniqad,
Axırında istixarə bəd gəlir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR