Slimfit
  1. ƏDƏBİYYAT

Əli Nəzmi - Ata və oğul

Əli Nəzmi - Ata və oğul
Sakura

Əli Nəzmi - Ata və oğul

O ğ u l – Ay dədə, qoy məktəbə gedim,
Məktəbə, orda elm oxum.
A t a – Kəs səsini, a naxələf,
Pis süd əməncə, bic toxum.
O ğ u l – Ay dədə, rəhm qıl mənə,
Sən kimi cahil olmuyum.
A t a – Adə, çəkil kənarə get,
Ay səni qəbrə quyluyum.
O ğ u l – Tazə üsul ilə verir
Dərsi-ədəb müəlliman.
A t a – Öylə yenə müəllimə...
Mən səni vermərəm inan.
O ğ u l – Versən o məktəbə məni,
Səncə, günah olur nədir?
A t a – Bəlkə günah olur nədir,
Küfr oluram, yerim saqər.
O ğ u l – Ay dədə, söyləmə ədəs,
Kafir edərmi şəxsi elm?
A t a – Ay qoducaq, axund deyir
Adəmi azdırır bu elm.
O ğ u l – Qorxma, ata, bu məktəbin
Nəfi də çoxdu, xərci az,
A t a – Vallah, itil, vuracağam
Başına bir yekə qapaz.
O ğ u l – Ay dədə, elmsiz nasıl
Mən bu zəmanda iş görüm?
A t a – Ay vələdüzzina, səni
Odda, ocaqda piş görüm.
O ğ u l – Ay ata, elmü fənnasiz
Şəxs qəni olarmı ya?
A t a – Pul məgər elm ilə olur?
Qurbağa oğlu, qurbağa.
O ğ u l – Ay ata, elmsiz... məgər
Var ulağ ilə fərqimiz?
A t a – Heç bir cəhənnəm olmasın
Boylədi səbkü rəngimiz...
O ğ u l – Durmaq olurmu boş-bekar?
Bəs mənə söylə, neyləyim?
A t a – Get mal oğurla, adəm at,
Kəsb elə, mən neyləyim?
O ğ u l – Müxtəsəri, qoymursan
Mən də bu məktəbə gedim?
A t a – Bircə baxın, bu naxələf
Söylədiyi cəfənglərə.
Gör kimə tay edir məni,
Bir para lağ səfehlərə.
Yox, yox, amandı, qoymaram
Bu işə mən heç uymanam.
Min demələr də qanmanam,
Atəşi “veylə” yanmanam,
Molla Qurut deyib mənə,
Özgə sözə inanmanam.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR